Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşacaq.
UEFA DÇ-2022-nin ev sahibi olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
Qətər yığması bu qrupda ilk matçını Lüksemburqa qarşı keçirib və 1:0 hesabıyla qalib gəlib. Millimiz isə həmin gün (24 mart) Portuqaliya ilə səfər oyunundan minimal hesabla məğlub ayrılıb.
Qətərlə oyun komandamızın tarixində 265-ci qarşılaşma olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz bu oyuna qədər 264 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan Azərbaycan millisi 141 dəfə uduzub. Əvvəlki 264 qarşılaşmada 194 qol vuran futbolçularımız 437 top buraxıb.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
27 mart
21:00. Qətər - Azərbaycan - 2:1
Qollar: Ramil Şeydayev, 16-pen, Al Haydos, 55 (pen.), 58
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu
Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.