“Azərbaycanla matçda hədəfimizə çatdıq”

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Joau Feliks DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Newsport.az xəbər verir ki, Madrid “Atletiko”sunun formasını geyinən futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
 
“Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq”.
 
22 yaşlı futbolçu Serbiyaya qarşı keçirəcəkləri növbəti oyundan da söz açıb:
 
“Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right