"Zirə"nin legioneri millidə 73 dəqiqə oynadı

"Zirə"nin futbolçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, komanda 5-ci turunda səfərdə Ruanda ilə qarşılaşıb 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib. 

Mozambik millisinin növbəti oyunu martın 30-da "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.

Qeyd edək ki, hazırda Mozambik millisi 4 xalla F qrupunda 3-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right