Azərbaycan - Qətər matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa təyinatlar bəlli olub.
 
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu matç Slovakiyadan olan hakimlər briqdasına həvalə olunub.
 
Qarşılaşmanın baş hakimi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
 
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
 
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right