Milli Turinə yola düşdü

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi bu matçın keçiriləcəyi İtaliyaya yola düşüb.

Newsport.az-ın məlumatına görə, yığma saat 10:00-da çarter reysi ilə Turinə yollanıb. Yığmanın heyətində zədələnən Qara Qarayev və Ukraynanın "Minay" klubundan dəvət alan Anatoli Nuriyev yoxdur. İlk dəfə yığmaya çağırılan futbolçu birbaşa Ukraynadan Turinə yola düşəcək.

Martın 24-də "Yuventus"un stadionunda baş tutacaq Portuqaliya - Azərbaycan matçı saat 23:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right