Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Daniel Zibert oyunun baç hakimi olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right