Rövnəq Abdullayev milli komanda ilə görüşdü FOTOLAR

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da  Azərbaycan  milli komandasının heyəti ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib. R.Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.

Millimizin baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right