Jenilsona Azərbaycandan təklif var Meneceri təsdiqlədi

Braziliyalı müdafiəçi Jenilson karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, son klubu “Yuventude” olan mərkəz müdafiəçisi fevralın 1-dən azad agent statusu daşıyır. 30 yaşlı futbolçuya Azərbaycanla yanaşı, Qazaxıstandan və Braziliya B Seriyasından da təkliflər var. Lakin onunla maraqlanan klubların adı açıqlanmır.
 
Futbolçunun meneceri Renan Vieyra da yerli mətbuata açıqlamasında Jenilsona ölkə xaricindən təkliflər olduğunu təsdiqləyib: “Təkliflər var və biz variantları analiz edirik, cavab gözləyirik. Eyni zamanda, Jenilsonu B Seriyasının bəzi klublarına da təklif etmişdik. Maraqlananlar, bu mövsüm onun xidmətindən yararlanmaq istəyənlər var. Yaxın gələcəkdə bir qərar verəcəyik”.
 
Qeyd edək ki, Jenilson 2019-cu ilin yanvarından “Yuventude”də çıxış edirdi. Təcrübəli müdafiəçi əvvəllər “Santa Krus”, “Quarani”, “Sampayo Korrea”, “Fortaleza” və “Boavişta” kimi klubların da formasını geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right