Əliyev oynadı, “Tambov” yenə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
 
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 22 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right