"Bəlkə, Monroz eynək sifariş edib" - Samir Abasov

“Emin Mahmudovun yoxluğu bəzi məqamlarda hiss olundu. Bunun bir az əziyyətini çəkdik. Amma şükürlər olsun ki, qalib gəldik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail”ə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

O, fasilə ərəfəsində bu cür qələbənin yerinə düşdüyünü bildirib: “Uzunmüddətli fasiləmiz olacaq. Ora rahat başla yollanmaq çox önəmli idi. Yaxşı dincəlib, hazırlaşacağıq. Çempionat hələ bitməyib. Həddən artıq çox oyunçumuz millilərə gedəcək. Bunun bəlkə bir az əziyyətini çəkəcəyik. Artıq 6 nəfər gənclər yığmasına çağrılıb. Həmçinin əsas milliyə də bir neçə oyunçu yollanacaq. Gedənlərin sağ-salamat qayıtması çox önəmlidir. Milliyə gedən oyunçuların sayı önəmlidir. Təbii ki, yığmaya azarkeşlik edəcəyik".

S. Abasov Fəhmin Muradbəyli və Ahmed Ahmedovun iştirak ərizəsində olmamalatının səbəbini açıqlayıb: "Fəhmin zədəlidir. Məşqdə bəladan qurtardı. Ayağı qırıla bilərdi. Ahmed məşqə çıxsa da, əzələsində dartılma aşkar olundu.

Baş məşqçi yeni transfer Keysuke Hondanın hazırkı durumu ilə bağlı bunları deyib: "Honda fərdi məşqə çıxıb. Komandaya 3 günlük fasilə vermişik. Ondan sonra məşqə qoşulacaq. Fiziki cəhətdən problemi yoxdur. Çalışacağıq fasilədə yoxlama görüşü keçirək və Hondanı sınayaq. O zaman onun növbəti çempionat matçına nə dərəcədə hazır olacağını görəcəyik".

S.Abbasov Monrozun qol vurduqdan sonra eynək işarəsi göstərməsinə də münasibət bildirib: "Bəlkə, eynək sifariş edib, tez gəlməsini gözləyir".

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə Monrozun etdiyi jestə belə aydınlıq gətirib: "Ötən gün məşqdə klubumuzun prezidenti Kamran Quliyev Monroza demişdi ki, görünmürsən. Bu gün futbolçumuz o jesti ilə zarafatca cavab verdi ki, burdayam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right