"Neftçi"dən darmadağın, Qəbələdə bərabərlik Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 matç keçirilib. "Qəbələ" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşdamada qalib müəyyənləşməyib - 1:1.

Turun son matçında "Neftçi" evdə "Səbail"i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, 20-ci tur

14 mart (bazar)

17:15. “Neftçi” – “Səbail” - 4:0 (İkinci hissə)
Qol: 
Namiq Ələsgərov, 5, Stiven Monroz, 65, Yusuf Laval, 69, Mert Çelik, 75
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
“Bakcell Arena”

15:00. “Qəbələ” –“Zirə” - 1:1
Qollar: 
Vinko Medimoreç, 23 (1:0), Fakundo Melivilo, 90+4 (1:1)
Qırmızı vərəqə: Mirab Qiqauri, 29 ("Qəbələ")
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right