Honda Bakıya gəldi FOTOLAR

aponiya millisinin keçmiş futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.

 

Newsport.az-ın məlumatına görə, 34 yaşlı futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

 

Bu gün təcrübəli futbolçu ilə müqavilə imzalanması gözlənilir.

 

Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right