Azərbaycanda daha bir matç qara görə təxirə salınır

Futbol üzrə Azərbaycan I Divizonunun XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Turan Tovuz" - "Sabah-2" matçı güclü qar üzündən təxirə salınacaq.

Bu barədə "Report"a Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb hazırda Tovuzda güclü qarın yağması və nəticədə şəhər stadionunu qalın qar örtüyünün bürüməsidir.

Hazırda meydanda qarın hündürlüyünün 15-20 sm-ə çatdığını deyən Abdullayev təxirəsalma qərarının tezliklə veriləcəyini bildirib.

Qeyd edək ki, fevralın 17-də XIII turun "Turan Tovuz" - "Sumqayıt - 2" görüşü də eyni səbəbdən təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right