“Sabah”ın hücumçusu Kevin Kubemba Konqo millisinə dəvət olunub.
Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kuboku çərçivəsində Seneqal və Qvineya-Bisau yığması ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.
Qeyd edək ki, Konqo yığması Seneqalla martın 26-da evdə, Qvineya-Bisau ilə martın 30-da səfərdə qarşılaşacaq.
Kubemba Konqo millisində 2014-cü ildə debüt edib. O, 5 ildən çox idi yığmaya dəvət almırdı.