AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
Newsport.az xəbər verir ki, avstriyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsinin Bolqarıstan - İsveçrə oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma martın 25-də Sofiyadakı Vasil Levski Milli Stadionunda keçiriləcək.