“Keşlə”nin məşqçisi, “Qəbələ” ilə “Səbail”in futbolçusu cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” – “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə”nin köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

“Qəbələ” – “Səbail” oyununda “Qəbələ”nin futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 67-ci dəqiqəsində “Səbail”in 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right