Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun “Neftçi” – “Sabah” oyununda problem yaranıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanın ilk yarısında matçın keçirildiyi "Bakcell Arena"da işıqları sönüb.
Bu, matçın 26-cı dəqiqəsinə təsadüf edib. Nəticədə qarşılaşmada fasilə yaranıb. Bundan təxminən 6 dəqiqə sonra arenanın öz generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.
Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.