“DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan komandalarla oynamaq ən yaxşı səviyyəyə çatmağımıza kömək edəcək. Bütün matçlar həyəcanlı və maraqlı olacaq”.
Newsport.az saytının məlumatına görə, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas deyib.
Mundialın ev sahibi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı A qrupundakı komandalarla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. 46 yaşlı mütəxəssis bu matçların onlara böyük köməklik göstərəcəyini düşünür: “Avropa komandalarının hər biri ilə dünya çempionatında qarşılaşa bilərik. Eyni zamanda, gələn il Amerika kuboku və KONKAKAF “Qızıl kuboku”ndakı yığmalarla mübarizə aparacağıq. Bu, yaxşı planlaşdırmadır. Çalışırıq ki, təkcə Asiya komandaları ilə qarşılaşmayaq. Bütün bunlar dünya çempionatına yaxşı hazırlaşmaq imkanı verir”.