"Qəbələ"dən anlamlı jest FOTOLAR

"Qəbələ”  Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən cavab matçından öncə anlamlı jest edib.
 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın startı ərəfəsində Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.
 
Hədiyyələri “Qəbələ”nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Bundan əlavə, əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.
















 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right