Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi Yenilənib

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq Avro-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.

Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb. Milan Obradoviçin baş məşqçisi olduğu komandamız Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunlarına martın 24-ü start veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right