“Neftçi” günü bir məşqlə başa vurdu

“Neftçi” təlim-məşq toplanışını davam etdirir.
 
Newsport.az xəbər verir ki, komanda proqrama uyğun olaraq bu gün də bir məşqlə kifayətlənib.
 
"Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
 
Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-da "Kəpəz” (1:0), 14-də "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” qış fasiləsindən sonra ilk rəsmi oyununu ayın 21-də keçirəcək. Komanda həmin gün saat 16:00-da "ASCO Arena”da "Səbail”in qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right