De Byazi yığma üzvlərinə hansı tövsiyələrini verib?

«O, köməkçiləri ilə bir yerdə məşqimizi izlədi, futbolçular və məşqçilər heyəti ilə görüşdü».

Newsport.az-ın məlumatına görə, bu sözlər U-19 yığımasının baş məşqçisi Samir Əliyevə məxsusdur.

Əsas millinin çalışdırıcısı Canni De Byazi komandanın məşqini izləyib. O, hansısa müzakirələr oldumu, nələrisə məsləhət gördümü?
Əliyevi dinləyək:

«Mənə və oyunçulara uğurlar arzuladı. De Byazi futbolçularla söhbətdə bildirdi ki, işlərinə peşəkar yanaşsalar, gələcəkdə əsas millinin üzvü ola bilərlər.

O, oyunçulara tövsiyələrini verdi, işlərində uğurlar arzuladı. İtaliyalı ilə fikir mübadiləsi aparmağa çox vaxtımız olmadı. Sadəcə, məşqi izlədi və futbolçulara motivasiya verən çıxış etdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right