Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb.
Newsport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 30 min tamaşaçı izləyib.
Oyunda hesabı Azərbaycan millisi açsa da, Fransa sonradan 3 qol vurmağı bacarıb - 1:3.
Millimiz bu oyuna itkilərlə çıxın. Yüksək hərarət səbəbindən komandanın heyətindən çıxarılan, İslandiya ilə matçı da buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da oyunda iştirak edə bilməyəcək. Fransa millisindən isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone meydana çıxmayacaqlar. Onlar Bakıya gəlməyiblər.
Azərbaycan yığması 4-cü tur çərçivəsində Fransa millisi ilə Parisdə - "Park de Prens" stadionunda qarşılaşıb ə 0:3 hesabı ilə uduzub.
DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr
D qrupu
21:00. Azərbaycan - Fransa - 1:3
Qol: Renat Dadaşov, 4 (1:0), Jan-Filipp Mateta, 17 (1:1), Maqnes Akliuş, 30 (1:2), Hefren Türam, 45+1 (1:3)
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)