“Qarabağ” İspaniyada, “Sabah” Fransada

Bu gün “Qarabağ” və “Sabah” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında meydana çıxacaq.

Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan “köhlən atlar” 35-cidir.

“Sabah” isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right