Ən az qol vurduğumuza görə 48-ci yerdəyik

Azərbaycanın futbol üzrə millisi DÇ-2026-nın seçmə mərhələsində ən az qol vuran komandalar sırasındadır.

Newsport.az bu barədə UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir.

Azərbaycan milllisi D qrupunda keçirdiyi 4 oyunda 2 qol vurub. Bu göstərici ilə millimiz 54 komanda arasında 48-ci yeri tutur. Rəqib qapısına ən çox yol tapan komanda isə Norveçdir (6 oyun, 18 qol). Seçmə mərhələdə keçirdiyi 6 matçda heç qol vura bilməyən yeganə komanda isə Lixtenşteyndir.

Azərbaycan millsi qol buraxan komandalar sırasında isə 39-cudur  (4 oyun, 11 qol). İngiltərə, İsveçrə və İspaniya seçmə mərhələdə hələ qol buraxmayıblar. Bu nəticə ilə onlar ilk 3 yeri bölüşdürürlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right