Millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
 
Qapıçılar: Rauf Əyyubov ("Sabah"), Nurəziz Əzizov ("Neftçi")

Müdafiəçilər: Kamil Həsənov ("Marcet (İspaniya)", Səttar Tahirzadə ("Marcet (İspaniya), Kəmaləddin Cəfərli ("Qarabağ"), Uğur Qurbanlı ("Qarabağ"), Toğrul Mehdizadə ("Sabah"),  Onur Əliyev ("Qarabağ"), Əli Kiçibəyov ("Marcet (İspaniya)"), Amin Rzayev ("Qarabağ")

Yarımmüdafiəçilər: Rəşad Gülüşov ("Sabah"), Nihad Hüseynzadə ("Sabah"), Nihad Cəfərzadə ("Sabah"), Abbas Zeynalov ("Marcet (İspaniya)"), Adnan Bunyatov ("Marcet (İspaniya)"), İsmayıl Rzayev ("Şəfa")

Hücumçular: Samir Şərifov ("Sabah"), Pünhan Kərimov ("Marcet" (İspaniya), Əli Bəşirov ("Qarabağ"), Nicat Kərimov ("Sabah")

8 oktyabr
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
 
11 oktyabr
İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
 
14 oktyabr
Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right