PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar apardıqları barədə iddialara münasibət bildirib.
Newsport.az xəbər verir ki, klub rəhbəri 49 yaşlı fransalı ilə danışıqlar aparmadıqlarını bəyan edib:
“Biz Zidanla ümumiyyətlə danışıqlar aparmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə əlaqə olmayıb. Bir çox klublar, o cümlədən milli komandalar onunla maraqlanır. Amma biz onunla heç vaxt əlaqə saxlamamışıq”.
Daha əvvəl Zidanın PSJ-yə rəhbərlik edə biləcəyi bildirilirdi. Lakin sonda Paris klubu “Nitsa”dan Kristof Qaltyeni baş məşqçi postuna təyin etmək qərarına gəlib.