PSJ Maurisio Poçettinonun işinə son verib.
Newsport.az-in məlumatına görə, klub bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək.
Paris təmsilçisi Poçettinonun müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün qarşı tərəfə təzminat ödəməli olacaq.
50 yaşlı mütəxəssis 2021-ci ilin əvvəlindən PSJ-ni çalışdırırdı. Komanda başa çatan mövsümdə onun rəhbərliyi altında Fransa çempionu olub.
Klub rəhbərliyi baş məşqçi postuna Zinəddin Zidanı gətirməyi planlaşdırır.