Millətlər Liqasında 5 oyun

Bu gün Millətlər Liqasında 4-cü turun növbəti matçları keçiriləcək.

Newsport.az xəbər verir ki, A, B və C Liqalarında 5 görüş oynanılacaq.

Millimizin yer aldığı C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirində, ən yaxın izləyicisindən 4 xal qabaqlayacaqlar.

Azərbaycan millisi isə Belarusuu qəbul edəcək. 3 oyuna 1 xal toplayan yığmamız sonuncu pillədə qurtulmaq üçün qalib gəlməlidir.

13 iyun

UEFA Millətlər Liqası

4-cü tur

A Liqası

1-ci qrup

22:45. Danimarka - Avstriya

22:45. Fransa - Xorvatiya

Xal durumu: Danimarka - 6, Avstriya - 4, Xorvatiya - 4, Fransa - 2

B Liqası

2-ci qrup

22:45. İslandiya - İsrail

Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan - Slovakiya

20:00. Azərbaycan - Belarus

Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, Azərbaycan - 1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right