"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett karyerasını "Lion"da davam etdirəcək.
Newsport.az xəbər verir ki, 31 yaşlı fransalı hücumçu Liqa 1 təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Arsenal"la müqaviləsi bitən futblolçu "Lion"a azad agent kimi keçib.
Qeyd edək ki, Lyakazett 2017-ci ildə "Lion"dan "Arsenal"a transfer olunmmuşdu.