Belarus millisinin baş məşqçisi: "Azərbaycan futboluna böyük hörmətlə yanaşıram"

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının C3 qrupunun 2-ci turunun Azərbaycana qarşı keçiriləcək oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

 Newsport.az-ın məlumatına görə, belaruslu məşqçi sabah baş tutacaq oyunla bağlı fikirlərini çatdırıb.

- Hazırlıq necə gedir? Futbolçuların durumu necədir?
- Təbii ki, startda qələbə qazanmaq istəyirdik. Onda əhval-ruhiyyə daha yaxşı olardı. Amma narahat olmağa vaxtımız yoxdur. Çalışdıq ki, Slovakiya oyununu yaxşı təhlil edək və düzgün nəticə çıxaraq. Rahat şəkildə növbəti oyuna hazırlaşırıq. Hələ hər şey qabaqdadı, hər şeyi dəyişmək olar. 

- Heyətdə hansı dəyişikliklər gözlənilir? Hücumameyilli sxemlə oyun üslubunu seçəcəksiniz?
- Bəs Fransa, İngiltərə, Belçika necə oynayır? İndi komandaların böyük əksəriyyəti üç mərkəz müdafiəçisi ilə meydana çıxarır.Belçikalılar həmişə bu ücr oynayır. Belə çıxır ki, onlar, ingilislər, fransızlar müdafiə futbolu oynayırlar? Hücum qrupu da var, müdafiə qrupu da. Onlar arasında yaxşı əlaqə olduqdan sonra hər şey düzələcək. Meydana bir müdafiəçi ilə də çıxa bilərsiniz, lakin bunun faydalı olacağı ehtimalı azdır.

- Azərbaycan futbolu ilə hələ futbolçu vaxtından tanışsınız...
- Azərbaycan futboluna böyük hörmətlə yanaşıram. Bu ölkədə vaxtilə Banişevski, Markarov, həmyaşıdım, Olimpiya çempionu olmuş İqor Ponomarev kimi əla futbolçular yetişib. “Dinamo”nun “Neftçi”yə qarşı oyunları isə hər zaman maraqlı olub. Azərbaycanda futbol inkişaf edir, bu idman növü üçün çox işlər görülür, yaxşı stadionlar inşa edilib. Onların futbolunu izləyirəm. Çünki mənə maraqlıdı.

- Karyeranız boyu orada oynamaq və ya məşqçilik etmək üçün dəvət almısınız?
- Xeyr, heç vaxt olmayıb. 

- Novi Saddakı şəraitdən razısınız? 
- Bəli, hər şey əladır. Serb dostlarımız bizim üçün hər şeyi ən yüksək səviyyədə edir. Onlara səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edirəm. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right