Braziliya milli komandasının düşərgəsində olan Neymar zədələnib.
Newsport.az xəbər verir ki, 30 yaşlı hücumçu "sambaçılar"ın bu gün baş tutan məşqində ayağından xəsarət alıb. Məşqi davam etdirə bilməyən PSJ-nin ulduzu paltardəyişmə otağına yollanıb.
Təcrübəli futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra məlum olacaq.
Braziliya milli komandası sabah Cənubi Koreya yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.