Ulduz futbolçu DÇ-2022-dən sonra millidən gedir

PSJ-nin argentinalı futbolçusu Anxel Di Mariya yığma komandada karyerasını başa vuracaq.

Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi özü bu məsələ barəsində danışarkən belə deyib:

"Dünya çempionatından sonra millidən getməyin vaxtıdı. Bizim dünya səviyyəsinə yaxınlaşan, özünü sübut etmək üçün hazır olan çoxlu gənc futbolçularımız var. Qətərdə keçiriləcək mundialdan sonra mən gedəcəm".

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi 2008-ci ildən çağrıldığı Argentina millisində 121 oyunda 24 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right