"Fənərbaxça" milli üzvü ilə bağlı qərar verdi

Türkiyənin "Fənərbaxça" klubu mövsümün sonunda müqaviləsi başa çatan Serdar Azizlə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 31 yaşlı mərkəz müdafiəçisi ilə yola davam edəcək. "Sarı-lacivərtlilər" yaxın günlərdə Türkiyə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq.

Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvarında "Qalatasaray"dan keçib. Təcrübəli futbolçu "kanarya"nın heyətində meydana çıxdığı 91 matçda 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right