Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı

Türkiyə I Liqasında 32-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Dənizlispor"u qəbul edib. Qarşılaşma "timsahlar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Namik Ələskərov da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger matça start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Millimizin üzvü 55-ci dəqiqədə isə penaltidən yararlana bilməyib.

32 turdan sonra 35 xal toplayan "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right