Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Lider “Milan” “Cenoa”nı qəbul edib və inamlı qələbəyə sevinib. İkinci pillədə qərarlaşan “İnter” isə səfərdə “Spetsiya” ilə oyunda 3 xalı 3 qolla qazanıb.
Turun əksər oyunları şənbə gününə təsadüf edib. “Kalyari” “Sassuolo”nu, “Udineze” “Empoli”ni, “Fiorentina” isə “Venesiya”nı məğlub yola salıb. Üç qolun qeydə alındığı “Sampdoriya” – “Salernitana” matçı qonaqların qələbəsiylə yekunlaşıb.
“Latsio” – “Torino” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə “Bolonya” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.
Turun mərkəzi oyunu Neapol şəhərində keçiriləcək. Burada “Napoli” ilə “Roma” münasibətlərinə aydınlıq gətirəcəklər.