Türkiyə Superliqasının 29-cu turunda bu gün keçirilməli olan "Başakşəhər" - "Antalyaspor" matçı təxirə salınıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Sözügedən qarşılaşmanın təxirə salınmasına səbəb isə əlverişsiz hava şəraiti və "Antalyaspor"un İstanbula gələ bilməməsidir. Ona görə də oyun sabah 17:00-da başlayacaq.

Qeyd edək ki, "Başakşəhər" - "Antalyaspor" görüşü bu gün saat 17:00-da start götürməli idi.