Xorvatiya çempionatında XXVII turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" bu gün "Hayduk"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç yerli mətbuata açıqlamsında bu görüşdə Mahirə şans verəcəyini deyib.
"Dinamo" 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Hayduk" isə 48 xalla 4-cüdü.