Büdcə azalacaq Çempionlar Liqasına vəsiqə qazanmasalar

İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, transfer büdcəsini azaldacaq.

Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, yeni futbolçulara təxminən 80 milyon funt-sterlinq xərcləməyi planlaşdırır. ÇL-ə vəsiqə əldə olunmasa, MY-nin yay transferləri üçün büdcəsi 50 milyon funt-sterlinqə qədər azalacaq.

“Mançester Yunayted” hazırda Premyer Liqada 27 oyundan sonra 47 xalla 4-cü yerdədir.

“Qırmızı şeytanlar” bu gün saat 20.30-da “Mançester Siti” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right