UEFA prezidenti: "Ukraynadakı futbolçuların təxliyəsi üçün fasiləsiz işləyirik"

UEFA Ukraynadakı futbolçuları təxliyə etmək üçün gecə-gündüz fasiləsiz işləyir.

Newsport.az-in məlumatına görə, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, ölkəni tərk etmək istəyən oyunçulara şəxsən köməklik göstərir: "Bu məqsədlə həm yerli, həm də əcnəbi futbolçu və məşqçilərlə 48 saat telefon danışığım oldu. Bütün hökumətlərdən kömək istədim, lakin heç nə alınmadı. Çünki heç kim təhlükəsizliyə zəmanət verə bilməz. Onları başa düşürəm. Məsuliyyət götürmək çətindir. Amma biz bunu Ukraynanın Futbol Assosiasiyası və bütün qonşu federasiyalarla birlikdə etməliydik".

O, tərəfləri müharibəni dayandırmağa çağırıb: "Ukraynanı sağ-salamat tərk edən futbolçulardan biri 2 gün əvvəl mənim evimdə oldu. Bu gün isə daha biri gəlmişdi. Bu söhbətlərin nə qədər ağır və kədərli olduğunu izah etmək belə, mənim üçün çətindir. Biz hamımız sadəcə, ümid və dua edirik ki, müharibə dayansın. Bu çılğınlığa ən qısa zamanda son qoyulmalıdır".

Qeyd edək ki, FIFA və UEFA daha əvvəl Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right