Milan derbisində əzmkar qələbəyə sevindilər

Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Roma” doğma meydanda “Cenoa”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşündə lider “İnter” əzəli rəqibi “Milan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər. Günün digər matçında “Fiorentina” “Latsio”nu sınağa çəkib. Bu oyunda da qonaqlar darmadağınla qalib gəliblər.

“Yuventus” bu turda “Verona” ilə qarşılaşacaq, “Napoli” isə səfərdə “Venetsiya”nın qonağı olacaq.

İtaliya A Seriyası, 24-cü tur

5 fevral

Roma – Cenoa 0:0

İnter – Milan 1:2
Qol: Perişiç, 38 – Jiru, 75; 78.

Fiorentina – Latsio 0:3
Qol: Milinkoviç-Saviç, 52. İmmobile, 70. Biraqi, 81-öz qapısına.

6 fevral

15:30 Atalanta – Kalyari
18:00 Bolonya – Empoli
18:00 Venetsiya – Napoli
18:00 Sampdoriya – Sassuolo
21:00 Udineze – Torino
23:45 Yuventus – Verona

7 fevral

23:45 Salernitana – Spetsiya

Bombardir: Duşan Vlahoviç (“Yuventus”), Çiro İmmobile (“Latsio”) – 17 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right