Fransa millisinin sabiq hücumçusu Tyeri Anri "Bordo"nun baş məşqçisi təyin edilə bilər.
Newsport.az-ın məlumatına görə, "Monako"da baş məşqçi kimi çalışmış Anriyə "Bordo"dan təklif gəlib.
Vladimir Petkoviçin rəhbərliyi altında hazırda Liqa 1-də 19-cu pillədə qərarlaşan "Bordo aşağı liqaya yuvarlanmaq təhlükəsindədi.
Klub isveçrəli mütəxəssisi yola salaraq baş məşqçi postuna Anrini gətirmək istəyir.