"Çelsi" futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, braziliyalı oyunçu ötən mövsümdən "Çelsi"də çıxış edir. O, "Portu" "Milan" və PSJ kimi klublarda da oynayıb.