"Roma"nın Mourinyo qərarı

“Roma” bir sıra pis nəticələrə baxmayaraq, Joze Mourinyonu tezliklə baş məşqçi vəzifəsindən istefaya göndərməyi düşünmür.

Newsport.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki,  klubun sahibləri və rəhbərliyi portuqaliyalı mütəxəssisi tam dəstəkləyirlər. Bildirilib ki, onun İtaliya klubundakı mövqeyi təhlükə altında deyil.

Qeyd edək ki, Mourinyonun "Roma" ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Klub hazırda 25 xalla A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right