Millinin tarixinə düşən qardaşlar

Fransa millisinin üzvləri Lukas Hernandes və Teo Hernandes qardaşları yığmanın tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA Millətlər Liqasının Tvitter hesabı paylaşım edib. Lukas və Teo Fransa millisinin Millətlər Liqasında Belçikaya qarşı keçirdiyi oyunda əsas heyətdə yer alıblar.

Müdafiəçilər 1974-cü ildən sonra Fransa millisiylə əsas heyətdə matça çıxan ilk qardaşlar olub. Daha əvvəl – 1974-cü ildə Jan Loren və Lyusen Loren Fransa yığması ilə bir matçda əsas heyətdə yer almışdılar.

Xatırladaq ki, Belçika ilə oyunda (3:2) Fransanın qələbə qolunu Teo Hernandes vurub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right