PSJ "Mançester Siti" matçında cərimə zərbəsi zamanı Lionel Messinin canlı səddin yanında yerdə uzanması birmənalı qarşılanmayıb.
Newsport.az-ın məlumatına görə, İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand mövzu ilə bağlı fikirlərini bildirib. Veteran futbolçu bunun Messiyə hörmətsizlik olduğunu deyib:
"Messiyə bunu etdirmək hörmətsizlikdi. Mən onun komandasında olsam, "Yox, sən dayan. Mən sənin yerinə uzanaram" deyərdim".
Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Parislilərin ikinci qolunu Lionel Messi vurub.
