Messi het-trik etdi, Peleni keçdi, Argentina qazandı

Argentina 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Boliviya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, matç Argentinada keçirilib.

Argentina yığmasının kapitanı Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Bununla da hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb.

O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

Oyun gününün digər matçlarında Paraqvay yığması Venesuela komandasına 2:1 hesabı ilə qalib gəlib, uruqvaylılar ekvadorlulardan üstün olublar (1:0), kolumbiyalılar isə çilililərə (3:1) qalib gəliblər.

Argentinalılar növbəti matçı oktyabrın 7-də səfərdə Paraqvay komandasına qarşı keçirəcəklər. Boliviya yığması həmin gün evdə Ekvador komandasına qarşı oynayacaq.

Argentina - Boliviya 3:0

Qollar: Lionel Messi, 14, 64, 88

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right