DÇ-2022-nin seçmə mərhələsində Niderlanda uduzan (1:6) Türkiyə millisinin baş məşqçisi Şenol Güneş postunu tərk edə bilər.
Bu barədə qonşu ölkənin mətbuatı yazıb. Bildirilir ki, mütəxəssis Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşəcək və bundan sonra onun yığmadakı gələcəyinə aydınlıq gələcək. İddiaya görə, böyük ehtimalla onunla yollar ayrılacaq.
Daha əvvəl 2000-2004-cü illərdə millini çalışdırmış Güneş 2019-cu ildən yığmaya rəhbərlik edir.