Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi məlum olub.
Newsport.az-ın məlumatına görə, komandanı bundan sonra Bülənd Qorxmaz çalışdıracaq. 52 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu postda Çağdaş Atanı əvəzləyib.
Qorxmaz son olaraq "Konyaspor"u çalışdırıb. O, 2009-2010-cu illərdə "Bakı" klubunun da baş məşqçisi olub.