"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Çinin "BJ Quoan" klubundan Min-Jae Kimi heyətinə qatıb. "Sarı-lacıvərdlilər" transfer şərtlərini açıqlamayıb.
Cənubi Koreya millisinin üzvü tibbi ümayinədən keçdikdən sonra müqavilə detalları barədə məlumat veriləcək.
Bundan əlavə, "Fənərbaxça" "Bursaspor"dan Burak Kapacakı transfer edib. Onunla 5 illik müqavilə imzalanıb. 21 yaşlı müdafiəçi yeni komandasında 77 nömrəli forma geyinəcək.